Ana Sayfa > Karusel / Şou-Biznes > Rəqsanədən atmaca: “Hiss Aysun qədər sevilə bilməz”

Rəqsanədən atmaca: “Hiss Aysun qədər sevilə bilməz”


27-10-2023, 15:00. Yazar: Xeberaz

Uzun zamandır Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılova maraqlı açıqlama verib.

Müasir ifaçılardan danışan Rəqsanə " mənim 44 yaşım var, 20 ildir bu sənətdəyəm. Bu gün də toy apara bilirəm. Bir zamanlar Elnarə Xəlilovanı da Hiss kimi o janrda təqdim etdilər. Amma illər keçdi, Elnarə ailə qurdu, ana oldu. İndi o tərzdə görə bilərik onu? Yox! Hamımız yaşlaşırıq, arvadlaşırıq. Hiss də elə. Hamısı müvəqqətidir. O janrı az bir kütlə izləyir. Müğənniini gərək Biləcəridən o tərəfdə yaşayan əhali sevsin. Bakı balaca şəhərdir.  Bölgələrdə mən səhnəyə çıxanda ortalıq dağılırdı. Sevgi budur. Qızım Yağmur da o tərzdə oxuyur. Amma ona demişəm ancaq Rusiya şou biznesi üçün oxu. Nə mənim qızım Yağmur, nə də Hiss bu tərzlə Aysundan çox sevilə bilməyəcəklər ” deyib.

Hissin yetəri qədər izləyici kütləsinin olduğunu xatırladan Zaur Nəbioğluna isə Rəqsanədən cavab gecikməyib: 

"Mənə uşaqların fikri önəmli deyil. Bu sözümə görə məni kim qınaya bilər ki? Onun kütləsi uşaqdır. Amma mənim dediklərim həqiqətdir”.

Geri dön