Ana Sayfa > Karusel / Hadisə > Tərtərdə traktorçu minaya düşdü, qolu amputasiya olundu
Tərtərdə traktorçu minaya düşdü, qolu amputasiya olundu26-10-2023, 09:37. Yazar: Xeberaz |
Tərtər rayonunda mina partlayışı baş verib. Azərbaycan Respublikası Minatəmizləmə Agentliyindən (ANAMA)verilən məlumata görə, 2023-cü il 26 oktyabr tarixində Tərtər rayonunun işğaldan azad olmuş hissəsində minalardan təmizlənməyən ərazidə mina hadisəsi baş verib. Məlumata əsasən tank əleyhinə mina partlayışı nəticəsində traktorla əkin işləri aparan traktorçu 1970-ci il təvəllüdlü Cəlilabad rayon sakini Nurəliyev Elçin Xanbala oğlu xəsarət alıb. Xəsarət alan şəxsin sağ qolu amputasiya edilib. "ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, məsuliyyətli davranmağa, tələb olunan qaydalara riayət etməyə çağırır!", - deyə məlumatda qeyd olunub. Geri dön |