Ana Sayfa > Karusel / Gündəm > Noyabr ayında ardıcıl 5 gün iş olmayacaq
Noyabr ayında ardıcıl 5 gün iş olmayacaq20-10-2023, 12:12. Yazar: Xeberaz |
Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 10 noyabr iş günü ilə 4 noyabr istirahət gününün yerləri dəyişdirilib. Beləliklə, noyabr ayında ardıcıl 5 gün – 8, 9, 10, 11 və 12 noyabr tarixləri qeyri-iş günü olacaq. Noyabrın 4-ü - şənbə günü isə rəsmi iş günüdür. Geri dön |