Ana Sayfa > Karusel / Hadisə > Özünü körpüdən Kürə atdı, peşman olub sahilə çıxdı

Özünü körpüdən Kürə atdı, peşman olub sahilə çıxdı


20-10-2023, 12:05. Yazar: Xeberaz

İntihar məqsədilə özünü Kürə atan şəxs üzərək sahilə çıxıb.

Xeberaz.Az Report-a istinadən xəbər verir ki, hadisə Şirvan şəhərində baş verib.



Belə ki, Namiq Nəsrullayev işsiz olmasına görə Şirvan şəhəri, 1 May küçəsində yerləşən Kür körpüsündən özünü çaya ataraq intihara cəhd edib.

O, etdiyi əməldən peşman olaraq təxminən 80 metr məsafəni üzərək çayın sahilinə çıxıb.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.ı


Geri dön