Ana Sayfa > Karusel / Hadisə / Xəbəraz TV > Sürücü bu hərəkətinə görə mükafatlandırıldı - VİDEO

Sürücü bu hərəkətinə görə mükafatlandırıldı - VİDEO


19-10-2023, 11:40. Yazar: Xeberaz

Bir neçə gün əvvəl müxtəlif media subyektlərində, eləcə də sosial şəbəkə seqmentlərində paytaxtın Heydər Əliyev prospektində “BMW” markalı, 99-XX-529 dövlət qeydiyyatlı nişanlı nəqliyyat vasitəsinin sürücüsü Vələdov Əfqan Mirzəli oğlunun digər sürücüyə köməklik etməsi ilə bağlı videogörüntü yayımlanıb.

Bununla əlaqədar sürücü Ə.Vələdov Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev tərəfindən dəvət olunub və etdiyi əmələ görə ona təşəkkür edilib.


Bununla yanaşı Ə.Vələdovun araşdırma zamanı il ərzində kobud qayda pozuntusu etmədiyi müəyyən edilib və nümunəvi sürücü olduğu üçün ona mükafat təqdim olunub.


Geri dön