Ana Sayfa > Karusel / Şou-Biznes > “Onun-bunun ərini oğurlayırsan, sən artıq sırtılmısan...” - Afətdən Vəfaya sərt sözlər - VİDEO

“Onun-bunun ərini oğurlayırsan, sən artıq sırtılmısan...” - Afətdən Vəfaya sərt sözlər - VİDEO


19-10-2023, 11:17. Yazar: Xeberaz

Müğənni Afət Fərmanqızı və Vəfa Şərifova arasında qalmaqal davam edir.

Xeberaz.Az yenisabah.az-a istinadən xəbər verir ki, Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən həmkarını "yıxıb-sürüyüb":

"Bizim "Dağlar oğlu" mahnımızı oğurlayıb sırtıq kimi efirlərdə oxuyan bir müğənni var. Sənin üçün oğurluq iki vur ikidir, onun-bunun ərini oğurlayırsan, uşaq da doğursan. Sən artıq sırtılmısan. 

Neçə-neçə müğənnilərin mahnılarını oğurlamısan, oxuyursan. Halallıq deyilən anlayış var. Ayaz Allahverdiyev həmin mahnını nə əziyyətlə yazıb, yaradıb, ərsəyə gətirib, aranjeman etdirib, pul xərcləyib ki, sən hazıra-nazir olasan, sırtıq kimi oxuyasan?! Söz göndərirsən ki... 

Oxumaq istəyirsənsə, Ayaz Allahverdiyevlə birgə oxu, deyir mən duet oxumuram. Sən kimsən ki?! Sənin heç sənətin yoxdur! Ömür boyu xaric oxumusan. İndi də çıxıb efirdə "Dağlar oğlu" oxuyursan. Sən öyrəşmisən, kişi oğurlamaqdan sonra mahnı oğurlamaq sənin üçün asandır. Sənə bir ad verdim: Oğru, at oğrusu..."

Qeyd edək ki, müğənni Vəfa Şərifova sözügedən mahnını bir neçə gün öncə ATV telekanalında yayımlanan "El Canlı" verilişində qonaq olduğu zaman ifa etmişdi. 


 Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində.
 Bizi "Telegram"da 

Geri dön