Ana Sayfa > Karusel / Gündəm / Şou-Biznes > Orxanın xanımından baş verənlərə REAKSİYA: “Haqqımı halal etmirəm”

Orxanın xanımından baş verənlərə REAKSİYA: “Haqqımı halal etmirəm”


18-10-2023, 08:40. Yazar: Xeberaz

 

Tanınmış jurnalist Türkan Məmmədli ötən gün dünyasını dəyişən həyat yoldaşı Orxan Məmmədli ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

O, bu barədə özünün instaqram hesabında paylaşım edib.

"Faciəmdən reytinq tutanlara haqqımı halal etmirəm. Orxanı sevib ailə qurmuşam, gözəl ailəm olsun deyə daima çabalamışam. İki gözəl oğlumuz var, rəsmən boşanmamışdıq. Onun vəfatı mənə çox ağır gəlir. İnsanlığınız olsun, qoyun dərdimi çəkim. Dünyam uçub, siz şər-böhtan, reytinq haqındasınız. Orxanın ruhunu incitməyin" - T.Məmmədli yazıb.


Geri dön