Ana Sayfa > Karusel / Gündəm > Şahdağa qar yağdı - Faktiki hava

Şahdağa qar yağdı - Faktiki hava


17-10-2023, 09:58. Yazar: Xeberaz

Ölkə ərazisində müşahidə edilən faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumatda bildirilib ki, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, şimşək çaxıb, Şahdağda qar yağıb.

Düşən yağıntının miqdarı Ordubad, Lerik, Şahdağ, Culfa, Zərdab, Naxçıvan, Gədəbəy, Gəncə, Şəmkir, İsmayıllı, Qobustan, Xaltan, Göyçay, Beyləqan, Kürdəmir, Sabirabad, Biləsuvar, Yardımlı, Lənkəran, Şahbuzda 4 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Şahdağda qar örtüyü 2 sm olub.

Qrız, Göygöl, Şamaxı, Lerikdə duman müşahidə olunub.

Qərb küləyi arabir Naxçıvanda 20 m/s, Daşkəsəndə 18 m/s, Kəlvəzdə 16 m/s-dək güclənib.


Geri dön