Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Polis avtobusda oğurluq edənlərin şəkillərini yaydı - FOTO

Polis avtobusda oğurluq edənlərin şəkillərini yaydı - FOTO


7-09-2015, 20:46. Yazar: Xeberaz
Polis avtobusda oğurluq edənlərin şəkillərini yaydı - FOTO
Zərərçəkənlərdən polisə məlumat vermələri xahiş olunur.
Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) paytaxt sakinlərinə müraciət edib.

BŞBPİ-i avqustun 26-da 57 saylı xətt avtobusunda Bakı şəhər sakini İrina Romanovanın əl çantasından 35 manat və bankomat kartı olan pul kisəsini oğurlamaqda şübhəli bilinərək tutulan Bakı şəhər sakinləri, əvvəllər məhkum olunanlar - 1970-ci il təvəllüdlü Oruc Müzəffər oğlu Məhərrəmov, 1979-cu il təvəllüdlü Azər Sabir oğlu Kərimov və 1981-ci il təvəllüdlü Samirə Ənvər qızı Əbiyevanın görüntülərini yayıb.
Həmin şəxsləri tanıyanlardan, onların başqa cinayətlərinin şahidi olanlardan və ya onların əməllərindən zərərçəkənlərdən polisə məlumat vermələri xahiş olunur.



Geri dön