Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Xaçatryan işgəncə verdiyi şəxslə məhkəmədə üzləşdi: "Evə “limonka” atdın ha..." - VİDEO

Xaçatryan işgəncə verdiyi şəxslə məhkəmədə üzləşdi: "Evə “limonka” atdın ha..." - VİDEO


13-10-2023, 13:41. Yazar: Xeberaz

Xəbər verdiyimiz kimi, bu gün Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri - Xaçatryan Vaqif Çerkezoviç məhkəmə qarşısına çıxarılıb. 

Məhkəmə prosesində Vaqif Xaçatryan Birinci Qarabağ müharibəsi zamanı işgəncə verdiyi şəxslə üzləşib.

Həmin şəxs məhkəmədə Xaçatryana səslənərək "Vaqif, ay Vaqif, tanıdın məni? Evə "limonka” atdın ha, qaçdım dalınca... Tanıyarsan”, -deyib.

Xaçatryan ona diqqətlə baxıb, lakin cavab verməyib. 

Geri dön