Ana Sayfa > Karusel / İqtisadiyyat / Gündəm > Əhaliyə pensiya və maaşlarla bağlı şad xəbər - Yanvarın 1-dən...

Əhaliyə pensiya və maaşlarla bağlı şad xəbər - Yanvarın 1-dən...


10-10-2023, 11:43. Yazar: Xeberaz

Gələn ilin ilk aylarından minimum əməkhaqqı və pensiya məbləğlərinə dəyişiklik ediləcəyi proqnozlaşdırılır. 

Bunu xəzər tv-yə açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov bildirib. 

Onun sözlərinə görə, müavinət və təqaüdlərin artırılacağına dair sosial paketin açıqlanması ehtimalı da yüksəkdir. 

"Gözlənilir ki, 2024-cü ilin əvvəlindən bu göstəriciyə dəyişiklik ediləcək. Minimum əməkhaqqı təxminən 10 faiz - 400 manata qədər artırıla bilər".
Millət vəkili Vüqar Bayramov da bildirib ki, 2024-cü ilin yanvarında pensiyalar və əməkhaqllarında artımlar olacaq. 

Ətraflı videomaterialda izləyə bilərsiniz:
 

Geri dön