Ana Sayfa > Karusel / Hadisə > Goranboyda evə basqın - Yaşlı ər-arvad xəstəxanalıq oldu

Goranboyda evə basqın - Yaşlı ər-arvad xəstəxanalıq oldu


10-10-2023, 09:27. Yazar: Xeberaz

Goranboyda evə basqın edilib.

Məlumata görə, hadisə gecə saatlarında Qızılhacılı qəsəbəsində baş verib. Belə ki, fərdi təsərrüfatlardan birinə oğurluğa girən iki nəfər naməlum qarətçi 1952-ci il təvəllüdlü  ev sahibi Verdiyeva Sədaqət Ədil qızını və 1951-ci il təvəllüdlü əri Zeynalov Səməd Həmid oğlunu döyərək müxtəlif bədən xəsarətləri yetirib. Daha sonra evdən qızıl zinət  əşyaları oğurlayıblar.


Sərt şəkildə döyülən ahıl ər və arvad isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma başlanıb

unikal.az


Geri dön