Ana Sayfa > Karusel / Hadisə > Ata 2 yaşlı oğluna 9 bıçaq vurdu - Bakıda QANDONDURAN CİNAYƏT
Ata 2 yaşlı oğluna 9 bıçaq vurdu - Bakıda QANDONDURAN CİNAYƏT5-10-2023, 09:18. Yazar: Xeberaz |
CİNAYƏT İŞİ Qısa arayış... 2022-ci il noyabrın 23-ü saat 19 radələrində Səbail rayonu Yüzbəy Mürsəlov küçəsində Saqi Kərimov 2 yaşlı oğlu İsmayıla bıçaq xəsarətləri yetirərək, onu öldürmək istəyib. Bu barədə azyaşlının anası Xeyrənsə Kərimova Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə müraciətində bildirib. Məlumat əsasında Çevik Polis Alayının əməkdaşları həmin evə yollanıb və Saqi Kərimovu gətirərək bölməyə təhvil veriblər. Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb. Saqi Kərimov 1990-cı ildə Yevlax şəhərində anadan olub, 2018-ci ildə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə 1 il müddətinə islah işləri cəzasına məhkum olunub. Xeberaz.Az xəbər verir ki, Lent.az hadisənin istintaq materiallarını əldə edib. İstintaqla müəyyən edilib ki, noyabrın 23-də Saqi Kərimov qayınatası Təyyar Əliyevin evinə gələrək, arvadı Xeyrənsə Kərimovadan onunla birlikdə getməsini tələb edib. Yoldaşı bundan imtina edib, onunla birlikdə yaşamayacağını və boşanacağını, eləcə də azyaşlı övladı ilə görüşməyə imkan verməyəcəyini bildirib. Bundan sonra o, qadından qisas almaq istəyib. Qadına mənəvi iztirab vermək üçün, ondan 2 yaşlı oğlu ilə axırıncı dəfə görüşmək üçün şərait yaratmasını xahiş edib. Yoldaşı razı olduqda, Saqi Kərimov uşağı yataq otağına aparıb, arvadı, qayınatası və qayınanasına əzab verəcəyini düşünərək, bıçaqla oğlu İsmayıla 9 dəfə zərbə endirib. Yetirdiyi xəsarətlərin ağrısından qışqıran uşağın səsinə nənəsi Əminə Əliyeva içəri daxil olub və kürəkəninə mane olmağa çalışıb. Buna baxmayaraq, o, qadına da 2 dəfə bıçaqla zərbə vurub. Azyaşlıya ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas edilib. Saqi Kərimov "Ailə qurandan sonra Bakıda kirayədə yaşayırdıq. Aramızda mübahisələr yarandığından 2022-ci ilin avqust ayında Xeyrənsə uşağı götürüb, atası Təyyar Əliyevin evinə getdi. Tez-tez gedib uşaqla görüşüb arvadıma geri qayıtmasını təklif etsəm də, o, imtina edirdi. Noyabrın 23-də Qayınatamın sözlərindən sonra, özümü və oğlumu öldürməyi qərarlaşdırdım. Xeyrənsə İsmayılı döşəmənin üzərindən götürüb mənə verəndə, uşağı qucaqlayıb yataq otağına apardım. Azyaşlını çarpayının üzərinə uzatdım və bıçaqla ürəyinə zərbə vurdum. Ardınca 8 zərbəni necə vurduğumu xatırlamıram". Xeyrənsə Kərimova "Noyabrın 23-ü səhər saat 9-dan başlayaraq, yoldaşım zəng vurdu və İsmayılı götürüb şəhərə gəzməyə getməyi təklif etdi. Mən isə Saqiyə uşağın xəstə olduğunu, buna görə də onu çölə çıxarda bilməyəcəyimi dedim. Yoldaşım bundan əsəbiləşərək, üstümə qışqırdı. Həmin axşam Saqi evdən getməyə hazırlaşarkən, uşağı qucaqlayıb sağollaşmaq istədiyini dedi. Ərim uşaqla birlikdə yataq otağına keçəndən bir müddət sonra, İsmayılın ağladığını eşitdim. Otağa girəndə, İsmayılı çarpayının üzərində, qana bulaşmış vəziyyətdə gördüm və qışqırmağa başladım". Hadisə olan otaq "Buna baxmayaraq, qızım döyüldüyünü bizdən gizlətməyə çalışırdı. Saqi evinə 1 manat pul belə pul gətirmir və evin kirayə pulunu ödəyə bilmirdi. Ailəsini biz saxlayırdıq. Noyabrın 23-ü saat 19 radələrində evimizə gələn kürəkənim qayınatasına yoldaşını və oğlunu aparmaq istədiyini deyəndə, Təyyar ona borclarını qaytardıqdan sonra Xeyrənsəni apara biləcəyini söylədi. Saqinin İsmayıla bıçaqla zərbələr vurduğunu görüb "qoymayın uşağı öldürdü" deyə, qışqırdım. Əllərimlə bıçaqdan və qolundan tutub kürəkənimi divara çırpdım". Zərərçəkmiş qeyd edib ki, hazırda nəvəsinin barmaqlarında problem var. Dili tutulub, danışmaqda çətinlik çəkir və buna görə müalicə olunur.
Geri dön |