Ana Sayfa > Karusel / Hadisə > Şəkidə DƏHŞƏT: Oğul ana və atasını bıçaqladı

Şəkidə DƏHŞƏT: Oğul ana və atasını bıçaqladı


27-09-2023, 08:47. Yazar: Xeberaz

Sentyabrın 26-sı saat 23:45 radələrində Şəki rayonunun Cəfərabad kənd sakinləri, 1954-cü il təvəllüdlü Səfər Əhmədov və arvadı 1959-cu il təvəllüdlü Gülşən Əhmədovanın kəsilmiş-deşilmiş xəsarətlər almaları barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan  verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən zərərçəkənlərin övladı, 1981-ci il təvəllüdlü Yaşar Əhmədov saxlanılıb.


Faktla bağlı araşdırma aparılır.


Geri dön