Ana Sayfa > Karusel / Gündəm > Bakıda 27 dərəcə isti olacaq - Şənbə gününün HAVA PROQNOZU

Bakıda 27 dərəcə isti olacaq - Şənbə gününün HAVA PROQNOZU


22-09-2023, 14:59. Yazar: Xeberaz

Azərbaycan ərazisində sentyabrın 23-də gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən  verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-19, gündüz 22-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 767 mm civə sütunu - olacaq. Nisbi rütubət 55-65% olacaq.

Azərbaycanın rayonlarında, əsasən, dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-20, gündüz 23-28, dağlarda gecə 4-9, gündüz 12-17 dərəcə isti olacaq.

Geri dön