Ana Sayfa > Karusel / Hadisə / Dünya > Uşağın qulağından çıxan əşya şoka saldı – Həkimdən xəbərdarlıq

Uşağın qulağından çıxan əşya şoka saldı – Həkimdən xəbərdarlıq


21-09-2023, 14:29. Yazar: Xeberaz

Türkiyədə 3 yaşlı uşağın qulağından çıxanlar həkimləri təəccübləndirib.

Qulağında ağrı və qanaxma şikayətləri ilə xəstəxanaya aparılan qız lor həkim Qamze Öztürk tərəfindən müayinə olunub.

Yoxlamalar zamanı qulağında milçək qalıqları aşkarlanan uşaq müalicəyə aparılıb. Tibbi müdaxilə nəticəsində qulağındakı qalıqlar çıxarıldıqdan sonra uşaq evə buraxılıb.

Belə hallarda xəstənin dərhal ən yaxın səhiyyə müəssisəsinə müraciət etməsi lazım olduğunu vurğulayan həkim deyib:

"Qulağında canlı cisim hiss edən, pis qoxulu və ya qanlı axıntısı olan xəstələrimizə ən yaxın tibb müəssisəsinə müraciət etməyi tövsiyə edirik”.azxeber

Geri dön