Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Xocavənddə yük avtomobili minaya düşdü - həlak olanlar var (ADLAR)

Xocavənddə yük avtomobili minaya düşdü - həlak olanlar var (ADLAR)


19-09-2023, 08:52. Yazar: Xeberaz

Bu gün səhər saat 4 radələrində yeni inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 58-ci km-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus və sözügedən yolda çalışan “Howo” markalı yük maşını tank əleyhinə minaya düşüb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.


Nəticədə agentliyin 2 əməkaşı - 21.11.1970-ci il təvəllüdlü Sadıxov Samir Sabiroviç və 02.05.1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlu həlak olublar.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır.


Geri dön