Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Füzulidə AĞIR YOL QƏZASI - 3 polis əməkdaşı HƏYATINI İTİRDİ

Füzulidə AĞIR YOL QƏZASI - 3 polis əməkdaşı HƏYATINI İTİRDİ


19-09-2023, 08:46. Yazar: Xeberaz

Sentyabrın 19-da saat 1:00 radələrində Füzuli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən  verilən məlumata görə, yük avtomobilinin aşması nəticəsində DİN-in 3 əməkdaşı hadisə yerində həyatını itirib, 6 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alan əməkdaşlar xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.


Geri dön