Ana Sayfa > Karusel / Hadisə > Masallıda “BMW” xəndəyə düşdü, yas yerindən qayıdan sürücü hadisə yerində öldü

Masallıda “BMW” xəndəyə düşdü, yas yerindən qayıdan sürücü hadisə yerində öldü


15-09-2023, 18:02. Yazar: Xeberaz

#QƏZA#YOL QƏZASI

Masallıda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə avqustun 25-də günorta saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan "BMW" markalı avtomobil qəflətən yoldan çıxaraq xəndəyə düşüb.

Nəticədə nəqliyyat vasitəsi tamamilə tanınmaz hala düşüb, həmçinin ağır zərbənin təsirindən sürücü hadisə yerində keçinib. Hadisə şahidlərinin sözlərinə görə, ölən Əli adlı şəxs Cəlilabad rayonu Göytəpə kənd sakini olub.

O, yas mərasimindən qayıdarkən qəzanı törədib.


Geri dön