Ana Sayfa > Karusel / Hadisə > “Lexus” işıq dirəyinə çırpıldı - Ana öldü, ata və iki uşaq yaralandı
“Lexus” işıq dirəyinə çırpıldı - Ana öldü, ata və iki uşaq yaralandı15-09-2023, 08:36. Yazar: Xeberaz |
Sentyabrın 14-ü saat 23:30 radələrində Mingəçevir şəhər ərazisində “Lexus” markalı avtomobilin sürücüsü Elmar Allahverdiyevin idarəetməni itirməsi nəticəsində avtonəqliyyat vasitəsi yoldan çıxaraq işıq dirəyinə çırpılıb. DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, nəticədə avtomobildəki sərnişin, 1994-cü il təvəllüdlü Rahimə Allahverdiyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü və ikisi azyaşlı olmaqla üç sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Faktla bağlı araşdırma aparılır. Geri dön |