Ana Sayfa > Karusel / Hadisə > Bakıda kişi özündən 14 yaş kiçik arvadını boğub öldürdü

Bakıda kişi özündən 14 yaş kiçik arvadını boğub öldürdü


14-09-2023, 16:47. Yazar: Xeberaz

Bakıda qadın boğularaq öldürülüb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sentyabrın 14-də saat 14 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsində evlərin birində 1974-ci il təvəllüdlü Zülfüqarova Xalidə Şirəli qızının boğularaq öldürülməsi barədə polisə məlumat daxil olub.

Qeyd edilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı 1960-cı il təvəllüdlü Məmmədov Şahniyar Məhəmməd oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə cinayət hadisəsi qısqanclıq zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.


Geri dön