Ana Sayfa > Karusel / Hadisə > Həmkəndlisini öldürüb meşədə basdırdı - DİN-dən AÇIQLAMA

Həmkəndlisini öldürüb meşədə basdırdı - DİN-dən AÇIQLAMA


14-09-2023, 11:16. Yazar: Xeberaz

Sentyanrın 14-ü saat 09 radələrində Oğuz rayonunun Mollalı kəndindəki meşəlik ərazidə 1990-cı il təvəllüdlü  Kərimov Toğrul Söhbət oğlunun meyitinin aşkarlanması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan  bildirilib ki, ilkin araşdırma zamanı T.Kərimovu 3 gün əvvəl odlu silahla öldürüb torpağa basdıran şəxsin 1992-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Məmmədov Pərvin Əlfəddin oğlu olduğu müəyyən edilib. O, könüllü şəkildə ərazi polis orqanına gələrək təslim olub.

Faktla bağlı araşdırma aparılır.


Geri dön