Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakının tanınmış biznes mərkəzində ölüm hadisəsi baş verib

Bakının tanınmış biznes mərkəzində ölüm hadisəsi baş verib


7-09-2015, 11:43. Yazar: Xeberaz
Bakının tanınmış biznes mərkəzində ölüm hadisəsi baş verib
Faktla bağlı araşdırma aparılır.

Bakının tanınmış biznes mərkəzində ölüm hadisəsi baş verib.

Xəbəraz.az xəbər verir ki, Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə “Caspian Plaza”da qeydə alınıb. Orada yerləşən şirkətlərdən birinin layihə rəhbəri, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Urfan Zaman oğlu Səfərov iş yerində qəfildən dünyasını dəyişib.

Ölümün səbəblərini müəyyənləşdirməkdən ötrü tibbi ekspertiza təyin olunub.

Faktla bağlı araşdırma aparılır.
Geri dön