Ana Sayfa > Karusel / Hadisə > Əvvəlcə arvadının başını kəsdi... - Sonra özünə xəsarət yetirdi... - VİDEO

Əvvəlcə arvadının başını kəsdi... - Sonra özünə xəsarət yetirdi... - VİDEO


10-09-2023, 18:23. Yazar: Xeberaz

Ər arvadının başını kəsərək öldürməkdə şübhəli bilinir.

Xeberaz.Az Xəzər TV-yə istinadən bildirir ki, dəhşətli qətl Xaçmaz rayonun "Yeni Həyat" qəsəbəsində qeydə alınıb.

43 yaşlı Aynurə Turabova ilə həyat yoldaşı 41 yaşlı Şamil Turabov arasında yaranan mübahisə qanla bitib.

Hadisə şahidlərinin sözlərinə görə, həyat yoldaşını qətlə yetirən  kişi daha sonra özünə xəsarət yetirib və hazırda xəstəxanada müalicəsi davam edir.



Mərhumun qaynanasının sözlərinə görə, həmin gün əvvəllər qonşuluqda yaşayan bir şəxs onların qonağı olub. Daha sonra ev sahibi ilə qonaq arasında mübahisə yaşanıb. Qaynananın sözlərinə görə, oğlu Şamil Turabov onunla dalaşıb. O, getdikdən sonra isə ər və aravad arasında mühasiə yaranıb.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda cinayət işi başlanıb.



Geri dön