Ana Sayfa > Karusel / Gündəm / Hadisə / Dünya > Mərakeşdə zəlzələdə ölənlərin sayı 632-yə çatıb - 300-dən çox yaralı var - YENİLƏNİB - VİDEO - FOTO

Mərakeşdə zəlzələdə ölənlərin sayı 632-yə çatıb - 300-dən çox yaralı var - YENİLƏNİB - VİDEO - FOTO


9-09-2023, 13:35. Yazar: Xeberaz

Mərakeşdə zəlzələdə ölənlərin sayı 632-yə çatıb.

Bu barədə "Reuters" məlumat yayıb.

Zəlzələ nəticəsində 329 nəfər xəsarət alıb.

Qeyd edək ki, sentyabrın 9-na keçən gecə Mərakeşdə 7 maqnitadalı zəlzələ baş verib.

Zəlzələnin episentri Mərakeş şəhərindən 77 km uzaqlıqda, 10 km dərinlikdə olub.

Yeraltı təkanlar şimalda yerləşən paytaxt Rabatdan cənubda yerləşən Sidi-İfni şəhərinə qədər 400 km radiusda hiss olunub.

Mərakeş şəhərində bir neçə yaşayış binası və müxtəlif tikililər uçub.

Dağıntılar altında qalanlar var. Ölü sayının artacağı ehtimal edilir.

Axtarış xilasetmə işləri davam etdirilir.

--------

07:00

Mərakeşdə 6,9 bal gücündə zəlzələ olub.

Milli.Az dailymail-ə istinadla bildirir ki, 296 nəfərin öldüyü bildirilib.

İlkin məlumata görə 150-dən çox yaralı var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:


Geri dön