Ana Sayfa > Karusel / Hadisə > Azərbaycanda faciəvi qəza - Ölən və xəsarət alan var - FOTO

Azərbaycanda faciəvi qəza - Ölən və xəsarət alan var - FOTO


2-09-2023, 13:51. Yazar: Xeberaz

Mingəçevir şəhərində ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xeberaz.az report-a istinadən xəbər verir ki, şəhər ərazisində hərəkətdə olan 90-ES-662 dövlət qeydiyyatı nömrə nişanlı VAZ-2107 markalı avtomobil əks istiqamətdən gələn 77-XL-145 dövlət qeydiyyatı nişanlı HYUNDAİ markalı avtomobillə toqquşub.

VAZ-2107 markalı avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib. Digər sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisənin təfərrüatı araşdırılır.

Geri dön