Ana Sayfa > Karusel / Hadisə / Xəbəraz TV > Bakıda turistin itirdiyi 20 min dollar tapıldı - VİDEO

Bakıda turistin itirdiyi 20 min dollar tapıldı - VİDEO


1-09-2023, 15:32. Yazar: Xeberaz

Bakıda çimərliklərdən birində alman turistin itən 20 min dollarını polislər qısa zamanda taparaq sahibinə qaytarıblar.

Ölkəmizə turist kimi gələn Almaniya vətəndaşı Mariel Vitting Rolf ötən gün Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən çimərliklərdən birində istirahət edərkən içərisində 20 min ABŞ dolları olan əl çantasını naməlum şəraitdə itirib.

Xanım turist dərhal bu barədə çimərlikdə xidmət aparan Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarına məlumat verib.

Görülən tədbirlər nəticəsində Almaniya vətəndaşı olan turistin çantası pullarla birlikdə tapılaraq, ona qaytarılıb. Mariel Vitting polis əməkdaşlarının operativ reaksiyasına görə onlara təşəkkür edib.

///Oxu.az 

Geri dön