Ana Sayfa > Karusel / Maraqlı > Milyarderlərin “qiyamət hazırlığı” - Bu ölkələrdən torpaq alırlar

Milyarderlərin “qiyamət hazırlığı” - Bu ölkələrdən torpaq alırlar


31-08-2023, 10:33. Yazar: Xeberaz

Elm adamları qiyamət günü ilə bağlı maraqlı araşdırma aparıb.

Alimlər qlobal çöküş zamanı sığınacaq üçün ən təhlükəsiz ölkələri müəyyənləşdiriblər.



Belə ki, əhali artımı, qlobal istiləşmə və iqtisadi ziyan qarşısında qiyamət ssenarisi baş verərsə, yalnız 5 ölkənin sağ qalma ehtimalının olduğu açıqlanıb. Həmin siyahıya Yeni Zelandiya, İslandiya, Böyük Britaniya, İrlandiya və Avstraliyanın Tasmaniya əyaləti daxildir. Yeni Zelandiya geotermal və hidroelektrik enerjisi, bol əkin sahələri və aşağı əhali sıxlığına görə bu siyahıda birinci yerdədir.

Elm adamları qeyd edib ki, ağır maliyyə böhranı, qlobal istiləşmənin təsiri, təbiətin məhv edilməsi, Covid-19-dan daha pis pandemiya və ya bunların birləşməsi qlobal çöküşlə nəticələnə bilər. Digər tərəfdən, "Sustainability" jurnalında dərc edilən araşdırmada milyarderlərin qiyamətə hazırlıq məqsədilə Yeni Zelandiyada sığınacaq üçün torpaq aldıqları bildirilib. Tədqiqat müəllifləri onu da vurğulayıblar ki, dünyanın gələcəyi ətraf mühitin məhv olması, məhdud resurslar və əhalinin artması səbəbindən böyük təhlükə altındadır.


Geri dön