Ana Sayfa > Karusel / Gündəm > Sabah Bakıda leysan yağacaq - XƏBƏRDARLIQ

Sabah Bakıda leysan yağacaq - XƏBƏRDARLIQ


29-08-2023, 19:28. Yazar: Xeberaz

Bakıda və Abşeron yarımadasında avqustun 29-u axşamdan 30-u səhərədək bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə leysan olacağı ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, şimal-qərb küləyinin 15-18 m/s, gecəyə doğru arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 19-23 dərəcə, gündüz 24-28 dərəcə isti olacağı gözlənilir.


Geri dön