Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Zərdabda qadının körpəsi ilə intihara cəhd etməsinin səbəbi AÇIQLANDI-Qısqanclıq...

Zərdabda qadının körpəsi ilə intihara cəhd etməsinin səbəbi AÇIQLANDI-Qısqanclıq...


26-08-2023, 17:19. Yazar: Xeberaz

Zərdabda özünü Kür çayına atmağa cəhd edən ana və övladının vəziyyəti yaxşıdır, faktla bağlı araşdırma aparılır".

Bunu  açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətininTeymur Mərdanoğlu deyib. 


"Qeyd edim ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə aidiyyatı qurumlardan və ailədən verilən məlumata görə,  hadisə qısqanclıq zəminində baş verib. Belə ki, özünü çaya atmaq istəyən xanım, həyat yoldaşının onunla maraqlanmadığını, ailəsinə qarşı laqeyd münasibət bəslədiyni bildirib və intihara cəhd etmək istəyib. Ərazidə xidmət aparan polis əməkdaşlarının sayıqlığı nəticəsində intihara cəhdin qarşısı alınıb.  Ailə nəzarətə götürülüb,bütün zəruri tədbirlər görülməkdədir"


Geri dön