Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edildi

Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edildi


25-08-2023, 16:18. Yazar: Xeberaz

Avqustun 25-i saat 13:35 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, bölmələrimizin sayıqlığı nəticəsində kvadrokopter aşkar edilərək atıcı silahlardan açılan atəşlə məhv edilib.

Geri dön