Ana Sayfa > Karusel / Hadisə > Füzulidə 12 yaşlı yeniyetmə yol qəzası törədərək ağır xəsarət alıb

Füzulidə 12 yaşlı yeniyetmə yol qəzası törədərək ağır xəsarət alıb


23-08-2023, 11:42. Yazar: Xeberaz

Füzuli rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xeberaz.Az "Report"a istinadən bildirir ki, 2011-ci il təvəllüdlü Quluzadə Səid Səyyad oğlunun idarə etdiyi avtomobil beton maneəyə çırpılıb.

Qəza zamanı yeniyetmənin bel fəqərə sümüyü sınıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.


Geri dön