Ana Sayfa > Karusel / Gündəm > Qurban Yetirmişlidən zəlzələ ilə bağlı AÇIQLAMA

Qurban Yetirmişlidən zəlzələ ilə bağlı AÇIQLAMA


23-08-2023, 10:37. Yazar: Xeberaz

Azərbaycanda 4,9 maqnitudasında zəlzələ olub.

Hadisə ilə bağlı  açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib ki, Azərbaycanda hər gün zəif yeraltı təkanlar olur. Bu baş verənlər təbii proseslərdir.

"Bu gün yoxlanılacaq ki, hansı evlərdə çat və dağıntı var. Bu da Fövqəladə Hallar Nazirliyinin işidir. Dağıntısı güclü olan zəlzələ ehtimalı yoxdur. Əhali narahat olmasın",- deyə o qeyd edib.

Qeyd edək ki, Azərbaycanda 4,9 maqnitudasında zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ Masallı və Cəlilabad rayonlarının sərhədində olub.

Zəlzələnin dərinliyi isə 13 kilometrdə yerləşib. Ətraf rayonlarda isə 3 bala yaxın hiss edilib.


Geri dön