Ana Sayfa > Karusel / Hadisə > Ana özünü bıçağın qarşısına verdi - Şabrandakı DƏHŞƏTLİ hadisənin TƏFƏRRÜATLARI

Ana özünü bıçağın qarşısına verdi - Şabrandakı DƏHŞƏTLİ hadisənin TƏFƏRRÜATLARI


21-08-2023, 13:26. Yazar: Xeberaz

Xəbər verdiyimiz kimi, Şabran rayonunun Mollakamallı kəndində bıçaqlanma hadisəsi qeydə alınmışdı. Kənd sakinləri 1967-ci il təvəllüdlü Səadət Kərimova və qızı 1992-ci il təvəllüdlü Sədaqət Kərimova bıçaqlanıb.

 Sədaqət Kərimova bıçaqla  özünə qəsd etmək istəyib.  Hadisə zamanı  ona müdaxilə etmək istəyən anası, Səadət Kərimova və qızı bıçaq yaraları alıb.
Hər iki şəxs Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri qənaətbəxşdir. 

Yerli sakinlərdən aldığı məlumata görə, Sədaqət Kərimova ailəsindən boşanıb və psixoloji problemləri var.(lent.az) 


Geri dön