Ana Sayfa > Karusel / Gündəm / Fotogalereya / Məşhurların Taleyi > Akademik Ağamusa Axundov dünyasını dəyişdi

Akademik Ağamusa Axundov dünyasını dəyişdi


6-09-2015, 13:16. Yazar: Xeberaz
Akademik Ağamusa Axundov dünyasını dəyişdi

Görkəmli dilçi və türkoloq alim - akademik Ağamusa Axundov sentyabrın 5-də vəfat edib

Xəbəraz.az-ın məlumatına görə, Bu barədə "Azadlıq" radiosuna mərhumun yaxınları məlumat veriblər.

Ağamusa Axundov dil və ədəbiyyata dair fundamental araşdırmaların müəllifi idi.

O, son illər AMEA-nın Rəyasət Heyətinin müşaviri kimi çalışırdı.

Ağamusa Axundov 1932-ci il fevralın 2-də Kürdəmir şəhərində doğulub.

Orta məktəbi medalla bitirdikdən sonra ADU-nun filologiya fakültəsində (1950-1955-ci illər) və Azərbaycan Pedaqoji Dillər İnstitutunun Qərbi Avropa dilləri fakültəsində təhsil alıb (1959-1965).

Eyni zamanda ADU-nun aspirantı, müəllimi (1958-1959), baş müəllimi (1959-1961-ci illər), dosenti (1961-1967), universitetin ümumi dilçilik kafedrasının professoru, fılologiya fakültəsinin dekanı (1967-1974 və 1980-1990), Ümumi dilçilik kafedrasının müdiri (1981-1999) olub.

AMEA-nın həqiqi üzvü (2007), Dövlət mükafatı laureatı (1986), Əməkdar elm xadimi (1990) idi.
Geri dön