Ana Sayfa > Karusel / Hadisə / Dünya / Xəbəraz TV > Tibb bacısı yeni doğulan 7 körpəni öldürdü - SƏBƏB DƏHŞƏTƏ GƏTİRİR - VİDEO - FOTO

Tibb bacısı yeni doğulan 7 körpəni öldürdü - SƏBƏB DƏHŞƏTƏ GƏTİRİR - VİDEO - FOTO


20-08-2023, 10:28. Yazar: Xeberaz

İngiltərədə xəstəxananın yeni doğulmuşlar şöbəsəində işləyən tibb bacısı 7 körpənin həyatına son qoyub. 

 33 yaşlı Lüsi Letbi 7 körpəni qətlə yetirib. O, körpələri damarlarına iynə ilə hava yeritməklə, həddən artıq süd verməklə və insulin ötürməklə öldürüb. Digər 6 körpəni öldürməyə cəhd etsə də, bu, baş tutmayıb.

Cinayəti boynundan atmağa çalışan qadının evində axtarış aparılan zaman qeyd dəftəri həqiqəti üzə çıxarıb. O, gündəliyində "Mən çox pis insanam. Yaşamağa layiq deyiləm. Körpələri öldürdüm, çünki onlara baxmaq iqtidarında deyildim. Onlara baxmağa layiq deyildim. Heç vaxt evlənməyəcəyəm. Uşaq sahibi olmağı ağlımdan belə keçirmirəm", - deyə qeyd edib.

Ads by 
1
Reklamınızı SmartBee ilə effektiv edin.


Lüsinin məhkəməsi 10 ay davam edib. Məhkəmənin qərarı bu ayın sonunda açıqlanacaq. Məhkəmənin gedişində məlum olub ki, o, körpləri öldürməyə 20 yaşlarından başlayıb.


Geri dön