Ana Sayfa > Karusel / Şou-Biznes > Xoşqədəm: “O zamanlar gün ərzində iki ədəd qoz və bir ovuc düyü ilə yaşayırdım” - VİDEO

Xoşqədəm: “O zamanlar gün ərzində iki ədəd qoz və bir ovuc düyü ilə yaşayırdım” - VİDEO


20-08-2023, 10:04. Yazar: Xeberaz

Aparıcı Xoşqədəm Hidayətqızı tələbəlik illərində yaşadığı ağır və çətin günlərdən söz açıb.

Xoşqədəm aparıcısı olduğu "Günaydın, Azərbaycan!" səhər şousunda tələbə ikən gün ərzində iki ədəd qoz və bir ovuc düyü ilə qidalandığını açıqlayıb.

"O zamanlar 25 rubl tələbə təqaüdü alırdım. Çox çətin vaxtlar idi. Bizə ərzaq yardımı verirdilər. Mən o ərzağı ayın başına çatdırmağa çalışırdım. Ərzaqların içində olan düyünü az-az, yəni bir ovuc qədər qaynadıb yeyirdim. Zəngilandan bir qız vardı. Onunla birgə bir otaqda qalırdım. O qıza isə atası çoxlu qoz-fındıq göndərirdi. Gün ərzində iki ədəd qoz və bir ovuc düyü ilə yaşayırdım. Tələbəlik illərimdə o acıları və əziyyətləri görməsəydim, bəlkə də indi bu insan olmazdım", - deyə Xoşqədəm vurğulayıb. 


Geri dön