Ana Sayfa > Karusel / Hadisə > Həbsdəki qardaşına bibərin içərisində narkotik keçirmək istədi

Həbsdəki qardaşına bibərin içərisində narkotik keçirmək istədi


19-08-2023, 22:20. Yazar: Xeberaz

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 5 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələr keçirilməsinin qarşısı alınıb.

Cinayət Məcəlləsinin 127.1; 221.3; 66.2 və 69.3-cü maddələri ilə məhkum edilmiş Nicat Nahid oğlu Salahova qardaşı Yüksəl Xalid oğlu Dəmirovun gətirdiyi sovqatda şirin bibərin içərisində gizlədilmiş 3,315 qram heroin və 0,642 qram metamfetamin aşkar olunub.


Faktla bağlı araşdırma aparılır.


Geri dön