Ana Sayfa > Karusel / Hadisə > Şəkidəki ağır qəzada həlak olan bir ailənin 4 üzvünün - ADLARI

Şəkidəki ağır qəzada həlak olan bir ailənin 4 üzvünün - ADLARI


19-08-2023, 10:41. Yazar: Xeberaz

Şəkidə ağır yol qəzasında həlak olan bir ailənin dörd üzvünün şəxsiyyəti məlum olub.

Xeberaz.az apa-ya istinadən xəbər verir ki, ata 1989-cu il təvəllüdlü Nicat Namiq oğlu Mirzəyev və üç övladı 2012-ci il təvəllüdlü Nuray Mirzəyeva, 2013-cü il təvəllüdlü Aysun Mirzəyeva və 2021-ci il təvəllüdlü Uğuz Mirzəyev aldıqları müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb, ana 1992-ci il təvəllüdlü Qızxanım Nürəddin Mirzəyeva isə ağır vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Ads by
4
Reklamınızı SmartBee ilə effektiv edin.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ötən gün saat 19 radələrində Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisində "Mercedes” markalı avtomobilin sürücüsü, 1989-cu il təvəllüdlü Nicat Mirzəyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.

Geri dön