Ana Sayfa > Karusel / Dünya / Foto-fakt > İŞİD yerli qəzetinin müxbiri İxlas as-Saati və onun atasını edam ediblər

İŞİD yerli qəzetinin müxbiri İxlas as-Saati və onun atasını edam ediblər


6-09-2015, 12:34. Yazar: Xeberaz
İŞİD yerli qəzetinin müxbiri İxlas as-Saati və onun atasını edam ediblər
Onlar bu ilin fevral ayında girov götürülmüşdülər.

İŞİD terror qruplaşmasının üzvləri şənbə günü İraqın Mosul şəhərində yerli qəzetinin müxbiri İxlas as-Saati və onun atasını edam ediblər.

Xəbəeaz.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə İraqın “Əs-Sumariyyə” telekanalına Naynava polisinin əməkdaşı Məhəmməd əl-Cəburi məlumat verib.

Məlumata əsasən, edam edilən jurnalist Naynava əyalətinin şurası tərəfindən dərc edilən və bölgədəki hadisələri işıqlandıran qəzetin müxbiri olub. Onun atası bu qəzeti Naynava əyalətinin inzibati mərkəzi Mosul şəhərində yayılması ilə məşğul olurdu.

İŞİD silahlıları jurnalisti və onun atasını bu ilin fevral ayında girov götürmüşdülər.
Geri dön