Ana Sayfa > Karusel / Hadisə > Böyük Şor gölü ərazisində gizlədilmiş narkotik AŞKARLANDI

Böyük Şor gölü ərazisində gizlədilmiş narkotik AŞKARLANDI


18-08-2023, 20:00. Yazar: Xeberaz

Böyük Şor gölü ərazisində gizlədilmiş narkotik aşkarlanıb.  Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatının və Daxili İşlər Nazirliyinin əməkdaşları birgə əməliyyat keçiriblər. 

Əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş və hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan şəxs Əşrəfağa Azad oğlu Əlizadə tərəfindən Nərimanov rayonu Böyük Şor gölü ərazisində gizlədilmiş 1 ədəd sellofan bükülüdə ümumi çəkisi 918 qram olan tiryək aşkar edilib.
Faktla bağlı araşdırma aparılır. 


Geri dön