Ana Sayfa > Karusel / Şou-Biznes > Pərvin Abıyeva ilə psixoloq arasında QALMAQAL – "Böyüyü məndən üzr istəməsə…"

Pərvin Abıyeva ilə psixoloq arasında QALMAQAL – "Böyüyü məndən üzr istəməsə…"


18-08-2023, 19:48. Yazar: Xeberaz

Məşhur aktrisa Pərvin Abıyeva öz sosial şəbəkə hesabında həkim-psixoloq Adilə Hafizi biabır edib.

Buna səbəb psixoloqun aktrisanı sosial şəbəkələrdə təhqir etməsi olub. 

Pərvin Abıyeva psixoloqun ailə üzvlərinin ondan üzr istəməyəcəyi təqdirdə hər gün onun adını öz səhifəsində hallandıracağını bildirib.


“Tanıyın bu Aysel xanımı. Haqqımda sosial şəbəkələrdə təhqir dolu ifadələr səsləndirir, şərhlər yazır. Bu xanımın böyüyü məndən üzr istəməyincə hər gün sosial şəbəkədəki hesabını və fotolarını öz səhifəmdə paylaşacağam. Gör kimlərin əlində qalmışam.

Bir sən qalmışdın məndən reklam qazanan. Şərait yaradır, təhqir edir ki, mən bunu görüm, dalaşım, söyüm, reklam edim. Al bu da sənə reklam. Amma əmin ol ki, bu yaxşı reklam deyil”. 

Psixoloq xanım bu paylaşımı sükutla qarşılamayıb. O, “İzlədiyiniz insanlara fikir verin ki, kimi izləyirsiniz, kimi məşhur edirsiniz. Qadın adına ləkə... Dilində yalnız “ərdir”. Sən yalnız ərlərin qabağında o yazdığını edə bilərsən. Utanmaz, tərbiyəsiz!”, deyə fikir bildirib.


Geri dön