Ana Sayfa > Karusel / Texnologiya > Telefonunu yastığın altına qoyanlara “Apple”dan XƏBƏRDARLIQ

Telefonunu yastığın altına qoyanlara “Apple”dan XƏBƏRDARLIQ


18-08-2023, 14:51. Yazar: Xeberaz

ABŞ-nin aparıcı texnologiya şirkətlərindən biri olan "Apple” istifadəçilərinə enerji yığmaq üçün qoşduqları cihazları ilə uzun müddət təmasdan çəkinmələri barədə xəbərdarlıq edib.

Xəbərdarlıqlarda cihazın enerji təchizatına qoşulmuş şarj kabelinin və birləşdiricisinin dərisi ilə uzun müddət təmasın və havalandırılmayan yerlərdə olmanın narahatlıq və ya problem yarada biləcəyi qeyd edilib.

İstifadəçilərə məlumat məktubunda, həmçinin onlara cihazlarını, simsiz şarj cihazını və ya enerji adapterini yorğan, yastıq və ya bədən altına qoymamaq və bu şəkildə yatmamaq tövsiyə olunub.

Geri dön