Ana Sayfa > Karusel / Səhiyyə > ÜST-dən qorxunc açıqlama: Yeni ştam çox sayda...

ÜST-dən qorxunc açıqlama: Yeni ştam çox sayda...


18-08-2023, 09:55. Yazar: Xeberaz

COVİD-19-un "BA.2.86" variantı ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yazılı açıqlama verilib.

Açıqlamada ÜST daşıdığı çox sayda mutasiyaya görə COVİD-19-un BA.2.86 variantlarını "müşahidə altında olan variant” adlandırıb.






Ad - 00:22
Təşkilat bildirib ki, indiyə qədər bir neçə ölkədən yalnız bir neçə variant haqqında məlumat verilib.

"Bu variantı və onun yayılma dərəcəsini anlamaq üçün daha çox məlumat lazımdır, lakin mutasiyaların sayı kifayət qədər çoxdur. Biz daha çox öyrəndikcə ÜST ölkələri və insanları məlumatlandıracaq”, - qeyd olunub.

O da bildirilib ki, ÜST hazırda 3 "izlənməli” və 7 "müşahidə altında” COVİD-19 variantını izləyir.

COVİD-19-un yayılmağa və mutasiyaya davam etdiyini xatırladan bəyanatda ÜST onun daha yaxşı izlənilməsi və hesabat üçün ölkələri diqqətli olmağa çağırıb.

Xatırladaq ki, ÜST avqustun 9-da Eris variantı ilə bağlı hesabat dərc edib. Hesabatda bildirilib ki, əvvəllər "müşahidə altında olan variantın" statusu "izləmə variantı" olaraq dəyişdirilib. Erisin yayılmasında davamlı artım müşahidə olunub, həmçinin avqustun 7-sində 51 ölkədən 7000-dən çox nümunə götürüldüyü vurğulanıb.

Erisin yoluxuculuq xüsusiyyətlərindən asılı olaraq qlobal miqyasda yayıla və yoluxmaların artmasına səbəb ola biləcəyi də qeyd edilib.//Publika.az

Geri dön