Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Zibil qutusunda tapılan körpə xəstəxanadan buraxıldı - Foto

Zibil qutusunda tapılan körpə xəstəxanadan buraxıldı - Foto


17-08-2023, 19:12. Yazar: Xeberaz

Ötən ay məişət tullantıları qutusunda tapılan yeni doğulmuş körpə xəstəxanadan buraxılıb. 

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.


Bildirilib ki, 1 saylı Körpələr Evinin göndərişi əsasında TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasına gətirilən körpənin müalicələri yekunlaşıb.

Son olaraq müayinələrdən keçirilən körpənin səhhətində hər hansı narahatlıq aşkarlanmayıb, müalicələrdən sonra götürülən analizlərdə neqativ hal müşahidə olunmayıb, çəkisi 3 kiloqram 600 qramdan artıq olub.

Müalicələri yekunlaşan körpə xəstəxanadan buraxılaraq 1 saylı Körpələr Evinə təhvil verilib.

Qeyd edək ki, iyulun 17-də Sabunçu rayonunda ana 15 günlük övladını zibil qutusuna atmışdı


Geri dön