Ana Sayfa > Karusel / Hadisə / Dünya > Məsciddə uyğun olmayan geyimdə çəkiliş etdilər - FOTO

Məsciddə uyğun olmayan geyimdə çəkiliş etdilər - FOTO


15-08-2023, 23:22. Yazar: Xeberaz

Sosial şəbəkədə məsciddə uyğun olmayan geyimdə foto paylaşanlarla bağlı araşdırma başladılıb. 

Hadisə Ankara şəhərinin Qocatəpə məscidində baş verib. Qısa köynəklə ətəyini yuxarı çəkən model təsbehi boynunda aksesuar kimi istifadə edib, dua hərəkətləri ilə pozalar verib. 

Ankara Baş Prokurorluğu Qocatəpə məscidində nalayiq geyimdə şəkil çəkdirib, sosial şəbəkədə paylaşanlarla bağlı araşdırmalara başlayıb. Əldə edilən məlumata görə, Baş Prokurorluq Qocatəpə məscidinə bu tərzdə daxil olan şəxslərə qarşı "ictimaiyyətin bir hissəsinin mənimsədiyi dini dəyərləri açıq şəkildə təhqir etmək”  işi üzrə istintaqa başlayıb.



Geri dön