Ana Sayfa > Karusel / Gündəm > “Nikosayağı”nın avtoqəzadan sonra pulqabısı və telefonları oğurlanıb? - DİN-dən AÇIQLAMA

“Nikosayağı”nın avtoqəzadan sonra pulqabısı və telefonları oğurlanıb? - DİN-dən AÇIQLAMA


15-08-2023, 14:45. Yazar: Xeberaz

Daxili İşlər Nazirliyi (DİN) gecə saatlarında "Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin paytaxtın Nizami rayonu ərazisində törətdiyi yol-nəqliyyat hadisəsi zamanı pulqabısı və telefonlarının oğurlanması barədə yayılan məsələyə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bloqerin pulqabısı və telefonlarının oğurlanması barədə quruma heç bir müraciət daxil olmayıb.

Geri dön