Ana Sayfa > Karusel / Hadisə > Şəkidə məşhur istirahət mərkəzində yanğın olub - VİDEO

Şəkidə məşhur istirahət mərkəzində yanğın olub - VİDEO


13-08-2023, 19:46. Yazar: Xeberaz

Şəkidə istirahət mərkəzində yanğın baş verib.

Xeberaz.Az APA-ya istinadən bildirir ki, axşam saat 17:30-də rayonun Kiş kənd inzibati ərazisində dağlıq-meşəlik ərazinin yamacında inşa edilmiş "Xanlənd Ekstrim Əyləncə Mərkəzi"nin ümumi sahəsi 4 kv/m olan kateclərinin birində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Müfafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində katecin yanar konstruksiyaları və içərisində olan əşyalar yanaraq yararsız hala düşüb.

Yanğın zamanı xəsarət alan olmayıb

Faktla bağlı araşdırma aparılır.








Haradan
Bakı, Azərbaycan
BAK

Haraya


Gediş tarixi

Dönüş tarixi

1 sərnişin
ekonom sinifi
Axtar
powered_by



XƏBƏR LENTİ


Copyright © 2023 Milli.Az

Global site tag (gtag.js) - Google Analytics


Geri dön