Ana Sayfa > Karusel / Hadisə > Lerikə istirahətə gələn ailə faciə yaşadı: 17 yaşlı gənc dünyasını dəyişdi

Lerikə istirahətə gələn ailə faciə yaşadı: 17 yaşlı gənc dünyasını dəyişdi


12-08-2023, 18:20. Yazar: Xeberaz

Biləsuvar rayon sakini Lerik rayonunda çayda boğulub.

“Report”un Cənub bürosunun məlumatına görə, hadisə Lerik rayonunun Piran kəndi ərazisində baş verib.

Belə ki, Biləsuvardan Lerikə istirahətə gedən ailə faciə ilə üzləşib.

2006-cı il təvəllüdlü Allahverdi Nihad oğlu Mehdiyev ərazidən keçən çayda çimərkən boğulub.

A.Mehdiyev yaxınlarının köməyi ilə sudan çıxarılaraq təcili tibbi yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.



Lakin onun üzərində həyat əlamətləri müşahidə olunmayıb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Lənkəran Şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Geri dön