Ana Sayfa > Karusel / Gündəm > İki övladla çıxmışdım, üç övlad, beş nəvə ilə kəndə qayıdıram - Ağalı sakini

İki övladla çıxmışdım, üç övlad, beş nəvə ilə kəndə qayıdıram - Ağalı sakini


12-08-2023, 10:01. Yazar: Xeberaz

Zəngilandan çıxanda 30 yaşım vardı, ailəli idim. İki övladım vardı. İndi oraya qayıdan oğlum mənim oradan çıxdığım yaşdadır.

Bunu Zəngilan rayonunun Ağalı kəndi sakini Validə Səmədova deyib.






Ad - 00:12


"Üç övladım, beş nəvəmlə kəndə qayıdıram. Çox sevincliyəm. Bu günü çoxdan gözləyirdik", - o vurğulayıb.

Xatırladaq ki, avqustun 12-də Abşeron rayonunun Masazır kəndindən Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndinə növbəti köç karvanı yola salınıb: indiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 22 ailə - 106 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaq.



Geri dön